ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA)

 

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 12 may 1993-cü il tarixli qərarına əsasən təsis edilib. AHİİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtlarının səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin artırılması məqsədilə yaradılıb. Assosiasiya müxtəlif idman növləri üzrə idman yarışları, spartakiadalar, universiadalar təşkil edir, gənclərin idmana olan marağının artırılmasına və idmanın inkişafına dəstək göstərir.
AHİİTA-nın tabe təşkilatı olan “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyətinin məqsədi ali və orta ixtisas təhsili müəssisələrində tələbələr arasında idmana marağın gücləndirilməsi, könüllülük prinsipinin təbliği və sağlam həyat tərzinin formalaşdırılmasıdır.
 
AHİİTA-nın strukturunda 3 əsas idman bölməsi mövcuddur:
1. Şahmat və zəka oyunları bölməsi
2. Güləş növləri bölməsi
3. Döyüş növləri və fiziki hazırlıq bölməsi
 
AHİİTA-nın fəaliyyət spektrinə aşağıdakı idman növləri daxildir:
Cüdo
Sambo
Karate
Taekvondo
Sərbəst güləş
Yunan-Roma güləşi
Şahmat
Alpinizm
Boks
Bədii gimnastika
 
2025-ci ilin cari dövrü üçün qazanılmış idman nəticələri: 
 
Assosiasiyanın təmsilçiləri yerli və beynəlxalq yarışlarda ümumilikdə 242 medal qazanmışlar.
 
Beynəlxalq yarışlarda qazanılmış medallar: 35 qızıl, 21 gümüş, 9 bürünc 
 
Respublikadaxili yarışlarda qazanılmış medallar: 55 qızıl, 52 gümüş, 70 bürünc
 
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 78 V
Əlaqə nömrəsi: ‪‪(+99412) 505-01-11‬‬‬‬‬‬‬‬
E-mail ünvanı: info@ahita.az