ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

09 Yanvar 2026

“Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri elan olundu

“Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri elan olundu

Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb.

Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi müsabiqə iki mərhələdə təşkil olunub.

Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim namizəd qatılıb.

2025-ci il dekabrın 19-da Komissiyanın iclasında müzakirələrin yekununda 19 müəllim müsabiqənin qalibi elan edilib və onlar “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görülərək həm pul mükafatı, həm də diplomlarla təltif ediləcəklər.