ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

20 Fevral 2026

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı BANM-in bir qrup tələbəsinə təqaüd verəcək

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı BANM-in bir qrup tələbəsinə təqaüd verəcək

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) təhsildə fərqlənən tələbələrinə təqaüd ayırıb.

Təqaüd proqramı BANM-in tələbələrinin şəxsi və akademik inkişafını dəstəkləmək, onlara təhsildə daha yüksək nəticələr əldə etməyə stimul yaratmaq məqsədi daşıyır.

Təqaüdlərin təqdimatı ilə bağlı BANM-da keçirilən tədbirdə rektor Elmar Qasımov tələbələrə göstərilən diqqət və qayğıya görə həmkarlar ittifaqının rəhbərliyinə təşəkkürünü bildirib, belə təşəbbüslərin ölkə gənclərinin inkişafında əhəmiyyətini vurğulayıb.

Sonra BANM-in 40 tələbəsinə təqaüd kartı verilib.

Həmçinin tədbir çərçivəsində respublika komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.