ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

25 Dekabr 2025

İnklüziv əmək şəraitinin yaxşılaşdırılması mövzusunda görüş keçirilib

İnklüziv əmək şəraitinin yaxşılaşdırılması mövzusunda görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “İş yerlərində əlilliyi olan şəxslərin adaptasiyası və inklüziv əmək şəraitinin yaxşılaşdırılması” mövzusunda görüş keçirilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə AHİK-in və quruma üzv təşkilatların nümayəndələri, eləcə də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbirdə inklüziv əmək münasibətlərinin formalaşdırılması, əlilliyi olan şəxslərin iş mühitinə adaptasiyası, təhlükəsiz və əlçatan iş şəraitinin yaradılması, eləcə də onların məşğulluğunun təşviqi məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu sahədə standartlara əməl olunması və maarifləndirmə-təlim fəaliyyətlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Müzakirələr zamanı həmkarlar ittifaqlarının inklüzivliyin təşviqində rolu, uyğunlaşdırılmış iş mühitinin yaradılması üzrə praktiki yanaşmalar və sosial-psixoloji adaptasiya mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.