Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
Çempionatda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir. Komandamz isveçrəli tələbələri 5:1, xorvatiyalıları isə 6-2 hesabı ilə məğlub edərək hər iki qarşılaşmadan qalib ayrılıb.
Qeyd edək ki, komandamızın Avropa çempionatında iştirakına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası da dəstək göstərir.