ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

23 Iyul 2025

İdmançılarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər

İdmançılarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər

Bakıda EduLAB Chess School-un təşkilatçılığı ilə “Soydaş uşaqlar” beynəlxalq şahmat turniri keçirilib.

Yarışda Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan 6-15 yaş arası şahmatçılar mübarizə aparıblar.

İdman tədbirinin açılışında Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Camaləddin Quliyev çıxış edərək bu cür tədbirlərin uşaqların və yeniyetmələrin intellektual inkişafında və təcrübə qazanmasında önəmli rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) Şahmat və zəka oyunları bölməsinin yetirmələri turnirdə uğurla çıxış ediblər.

Belə ki, turnirin rapid (10+5) mərhələsində AHİİTA-nın yetirmələri - Zavir Hacızadə 158 idmançı arasında 2-ci, blitz (3+2) mərhələsində isə Hüseyn Məmmədzadə 106 iştirakçı arasında 4-cü, İlyas Əli isə 5-ci yeri qazanıb.