ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

14 Avqust 2025

Həmkarlar ittifaqı üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər davam etdirilir

Həmkarlar ittifaqı üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər davam etdirilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları üçün “Effektiv ünsiyyət və düzgün kommunikasiyanın qurulması” mövzusunda ixtisasartırma təlimi keçirilib.

Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev təhsil müəssisəsinin fəaliyyəti, təhsil pillələri, İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin məqsəd və istiqamətləri, eləcə də yeni əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Bildirib ki, bu kimi təlimlər həmkarlar ittifaqı üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və səmərəli fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir.

Sonra AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdir müavini Gülnarə Hüseynova iştirakçılara təlim keçib. Təlim proqramı effektiv ünsiyyət bacarıqlarının təkmilləşdirilməsini, qeyri-verbal və multikultural kommunikasiya prinsiplərini və real situasiyalar üzərində praktiki məşğələləri əhatə edib.