Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin nümayəndələri Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməkdaşlarla görüş keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş zamanı Birliyin nümayəndələri tərəfindən 2025-ci il ərzində əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin edilməsi, üzvlərin sağlamlıq və istirahət imkanlarının genişləndirilməsi, eləcə də sosial dəstək proqramlarının əhatə dairəsinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən son dövrlərdə icra olunan layihələr və tətbiq edilən yeniliklər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində Konfederasiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.