Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti üzrə bürosu (ACTRAV) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə vebinar keçirilib.
Respublika Birliyinin nümayəndələrinin iştirak etdiyi vebinarda BƏT-in ACTRAV bürosunun rəsmiləri - Melani Janrua, Viktor Uqo Rikko və Qoça Aleksandria beynəlxalq əmək standartları, sosial dialoq və kollektiv danışıqların gücləndirilməsi mövzusunda təqdimatla çıxış ediblər.
Tədbirdə həmçinin BƏT-in 87, 98 və 144 saylı konvensiyaları, eləcə də 91 saylı tövsiyəsi, transmilli müəssisələrdə və təchizat zəncirlərində əmək münasibətləri kimi mövzular müzakirə olunub.
Vebinar çərçivəsində fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.