İyulun 16-dan 27-dək Almaniyada Beynəlxalq Universitet İdmanları Federasiyasının (FISU) təşkilatçılığı ilə 32-ci Yay Universiadası keçirilib. Nüfuzlu idman tədbirində 130-dan çox ölkədən tələbə-idmançılar iştirak edib. Azərbaycan komandası Universiadada uğurlu nəticələr əldə edərək ümumilikdə 4 medal - 2 qızıl və 2 gümüş qazanıb.
Bədii gimnastika üzrə yığmamız çoxnövçülük və lentlə hərəkətlər üzrə iki qızıl medal əldə edib. Top və halqa ilə kompozisiyalarda isə komandamız gümüş medala layiq görülüb.
Cüdo idman növündə Elcan Hacıyev 90 kq çəki dərəcəsində uğurlu çıxış edərək Vətənə gümüş medalla qayıdıb.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 1999-cu ildən Beynəlxalq Universitet İdmanları Federasiyasının tamhüquqlu üzvü və rəsmi tərəfdaşıdır. Assosiasiya tələbə-idmançıların beynəlxalq yarışlara hazırlığını və onların həmin yarışlarda iştirakını təmin edir.