Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı davam edir.
Çempionatda ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası yarımfinal mərhələsində güclü İspaniya komandasını 5:1 hesabı ilə məğlub edərək final mərhələsinə yüksəlib.
Bundan əvvəl isə təmsilçilərimiz isveçrəli tələbələri 5:1, xorvatiyalıları isə 6-2 hesabı ilə üstələyib.
Qeyd edək ki, komandamızın Avropa çempionatında iştirakına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası da dəstək göstərir.