Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Novruz bayramına həsr olunmuş “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir AMEA-nın Azad Həmkarlar İttifaqı, Tarix və Etnologiya İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Novruz yalnız Azərbaycanın deyil, bütövlükdə Türk xalqlarının ortaq mədəni irsinin mühüm tərkib hissəsidir və bu bayram xalqlar arasında mənəvi həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Digər çıxışçılar Novruz ənənələrinin dövlətçilik, milli yaddaş və mədəni identiklik kontekstində əhəmiyyətini elmi əsaslarla təhlil ediblər.
Konfrans çərçivəsində türk xalqlarının ortaq tarixi, etno-mədəni irsi və folklor ənənələri geniş müzakirə olunub.
Tədbir bölmə iclasları ilə davam etdirilib.