ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

01 Dekabr 2025

AHİK nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

AHİK nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

Daşkənd şəhərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə “Sanator-kurort müalicəsi və tibbi turizmin müasir perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bir sıra ölkələrin həmkarlar ittifaqı təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də iştirak ediblər.

Tədbirdə sanator-kurort müalicəsi üzrə qabaqcıl təcrübələr təqdim olunub, tibbi turizmin inkişafı istiqamətləri müzakirə edilib.

Konfransda AHİK-in tabe təşkilatı “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Çingiz Hacıyev “Sanator-kurort xidmətinin modernləşdirilməsinin perspektivləri” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər və tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib, Azərbaycan təcrübəsini bölüşüb.

Konfrans iştirakçıları Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sanatoriyalarında yaradılmış şəraitlə tanış olublar.