ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

18 Mart 2026

Türkiyənin Dövlət Qulluğu Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi AHİK-də olub

Türkiyənin Dövlət Qulluğu Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi AHİK-də olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyə Dövlət Qulluğu Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi ilə görüş keçirilib.

Görüşdə Azərbaycanla Türkiyə arasında möhkəm təməllər üzərində inkişaf edən dostluq və qardaşlıq münasibətlərindən, bütün sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs olunub, əlaqələrin bu səviyyəyə yüksəlməsində dövlət başçılarının birgə səyləri, siyasi iradəsi vurğulanıb.

AHİK-in sədr müavini Musa Mirzəyev əmək hüquqlarının müdafiəsi, üzvlərin müalicə və istirahətinin təşkili sahəsində həyata keçirilən islahatlar, yeniliklər və layihələr barədə məlumat verib, həmkarlar ittifaqı üzvlərinin təhsili və peşə bacarıqlarının artırılması istiqamətində atılan addımları diqqətə çatdırıb.

Həmçinin Dövlət Qulluğu Strateji Araşdırmalar Mərkəzi ilə əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsinin böyük önəm kəsb etdiyi diqqətə çatdırılıb.

Türkiyə Dövlət Qulluğu Strateji Araşdırmalar Mərkəzinin baş koordinatoru Fatih Seyran təmsil etdiyi mərkəzin fəaliyyətindən söz açıb, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın istiqamətləri müzakirə olunub.