Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi
20 may 2025-ci il tarixində keçirilən qurultayda Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası, İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Azərbaycan Respublikası Ticarət, İctimai-İaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyasına birləşmələri təsdiqlənib və təşkilatın adı Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi olaraq dəyişdirilib.
Respublika Birliyi ticarət, ictimai-iaşə, kooperasiya, sağlamlıq ocaqları, turizm, idman, otelçilik, balıqçılıq, sahibkarlar, özəl elm və yüngül sənaye işçilərini, həmçinin dağ-mədən, metallurgiya, zərgərlik, ağır və ümumi maşınqayırma, cihazqayırma, radio-elektronika, avtomobil, kənd təsərrüfatı maşınqayırması və inşaat sənayesi işçilərini özündə birləşdirir. Hazırda Respublika Birliyi tərkibində 788 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 65 şəhər və rayon komitəsi fəaliyyət göstərir. Ümumi üzvlərin sayı isə 41 516 nəfərdir.
Sahə həmkarlar ittifaqının ali orqanı beş ildə bir dəfə çağırılan Qurultaydır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının rəhbər orqanı sahə həmkarlar ittifaqının Məclisidir. Məclis cari işlərin təşkili və aparılması, onun Nizamnamə funksiyasını həyata keçirmək üçün sahə həmkarlar ittifaqının İcraiyyə Komitəsini seçir.
Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi StreetNet İnternational, UNİ, MKP “Stroitel”, BWİ, PSİ, EPSU, Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının üzvüdür.
Ünvan: Bakı şəhəri, AZ 1130, Azadlıq prospekti, 181
Əlaqə nömrəsi: (+99412) 598 45 22