Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyi 21 iyun 2025-ci ildə təsis edilmiş və 30 iyun tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilat turizm və turizm sənayesi üzrə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti, otel, təhsil müəssisələri, publik hüqiqi şəxslər olmaqla 25 müəssisədə işləyən və təhsil alan 4000 nəfərdən artıq həmkarlar ittifaqı üzvlərini özündə birləşdirir. Birliyin ali orqanı 7 ildən bir çağırılan Qurultaydır, Qurultaylararası dövrdə ildə 1 dəfədən az olmayaraq çağrılan Məclis Birliyin işinə rəhbərlik edir, Məclislərarası dövrdə isə səlahiyyətli orqan Birliyin sədrindən, onun müavinindən və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrlərindən seçilmiş Rəyasət Heyətidir. Birlik öz fəaliyyətini “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, digər qanunvericilik aktları, həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə 2025-2027-ci illər üzrə bağlanmış Kollektiv Sazişi əsasında həyata keçirir.
Ünvan: Bakı şəhəri, AZ 1010, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 134
Əlaqə nömrəsi: (+99412) 498 12 44