ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 1920-ci il iyunun 9-da Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqı adı ilə təsis olunub. Həmin vaxta qədər isə Azərbaycanda bir neçə müəllim ittifaqları fəaliyyət göstərib. Sonrakı illərdə bu təşkilat müxtəlif adlar altında fəaliyyətini davam etdirib və 1990-cı ildən etibarən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) adını alıb. 2025-ci ilin iyul ayından etibarən ittifaqın adı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi olaraq dəyişdirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olaraq təhsil işçilərinin və tələbələrin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən iş yeri, peşə, ərazi, sahə üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumrespublika birliyidir.

İttifaq ölkənin bütün bölgələrində fəaliyyət göstərən 5700-dən çox ilk həmkarlar ittifaqı təşkilatını və 400 minə yaxın üzvü özündə birləşdirir.

İttifaq beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin müvafiq həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədilə ikitərəfli əlaqələr qurur. Eyni zamanda bir neçə beynəlxalq həmkarlar ittifaqı təşkilatının tam hüquqlu üzvüdür.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyət istiqamətləri:

  • İttifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərinin qorunması;
  • İttifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi;
  • İttifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili;
  • İttifaq üzvlərinin sağlamlığının qorunması;
  • Əməyin mühafizəsi, layiqli iş yeri və uyğun təhsil şəraitinin yaradılması;
  • Mədəni-kütləvi, idman və intellektual inkişaf tədbirlərinin təşkili;
  • Yeni üzvlərin cəlb edilməsi.

 

Ünvan: Bakı şəhəri, AZ1005, Gənclər meydanı, 3
Əlaqə nömrəsi: +994 (12) 437-32-53