Elektriklərin həmkarlar ittifaqı 1917-ci ildə Bakı şəhərində təşkil edilmişdir. Azərbaycan Elektrik Stansiyaları və Elektrik Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Respublika Komitəsi 1931-ci ildə yaradılmışdır. Azərbaycan Elektrik Stansiyaları və Elektrik Sənayesi Fəhlələri Həmkarlar İttifaqının 30 yanvar 2003-cü ildə XVI Konfransında yeni redaksiyada Nizamnaməsi qəbul edilmiş və təşkilat "Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı" adlandırılmışdır. 15 aprel 2025-ci il tarixli qurultayda isə ikinci redaksiyada Nizamnamə qəbul edilmiş və Elektroenergetika və Kommunal Müəssisələri İşçiləri Həmkarlar ittifaqı Respublika Birliyi təsis edilmişdir. Beləliklə Birlik elektroenergetika, elektrotexnika, kommunal, məişət və mənzil sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması, maddi və sosial vəziyyətlərinin yaxşılaşdırılması üzrə fəaliyyət sahəsini genişləndirmişdir. Elektroenergetika və Kommunal Müəssisələri İşçiləri Həmkarlar ittifaqı Respublika Birliyinin ali orqanı Konfransdır. Konfrans sahə həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.
Birlik 3 - Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, “Azərişıq” ASC və “Azərenerji” ASC birləşmiş həmkarlar ittifaqı komitəsi və 196 ilk həmkarlar ittifaqı komitələrini birləşdirir. Birliyin 28240 nəfər üzvü var.
Elektroenergetika və Kommunal Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, “Elektroprofsoyuz”, Mənzil-Kommunal Təsərrüfatı, Yerli Sənaye və Məişət Xidməti Beynəlxalq Həmkarlar İttifaqı Birliyi (Международное объединение профсоюзов работников жилищно-коммунального хозяйства, местной промышленности и сферы услуг – МОП), Beynəlxalq İctimai Xidmətlər Birliyi (Public Services International – PSİ), Avropa İctimai Xidmətlər Federasiyası (European Federation of Public Service Unions – EPSU), Qlobal Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin (IndustriALL Global Union) üzvüdür.
Türkiyənin “Hizmət-İş” Sendikası və “Hak-İş” Konfederasiyası ilə müqavilə bağlanmışdır.
Ünvan: AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 77
Əlaqə nömrəsi: (+994 12) 562 88 29