ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

04 Noyabr 2025

Noyabrın 7-də “Zəfər Kuboku” minifutbol turnirinin final mərhələsi keçiriləcək

Noyabrın 7-də “Zəfər Kuboku” minifutbol turnirinin final mərhələsi keçiriləcək

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən təşkil olunan “Zəfər Kuboku” minifutbol turnirinin final mərhələsi noyabrın 7-də baş tutacaq.

Vətən müharibəsinin 5-ci ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunan yarışın finalında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin komandası ilə “Aqrar İnkişaf Könüllüləri”nin komandası qarşılaşacaq.

Qeyd edək ki, turnir bu il sentyabrın 28-də start götürüb və yarışlarda 24 komanda mübarizə aparıb.