Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin III Məclisi keçirilib.
Məclisdə əmək hüquqlarının etibarlı müdafiəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, həmçinin Birliyin strukturunun təkmilləşdirilməsi, idarəetmədə səmərəliliyin artırılması və fəaliyyətin daha effektiv təşkili məsələləri müzakirə olunub. Təklif olunan fikir və tövsiyələr əsasında müvafiq qərarlar qəbul edilib.
Eləcə də iclasda respublika birliyinin beynəlxalq əlaqələri də diqqət mərkəzində olub. Xüsusilə sənaye sahəsi üzrə beynəlxalq həmkarlar ittifaqları ilə əməkdaşlıq, üzvlük imkanları və perspektivləri nəzərdən keçirilib.