ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

14 Avqust 2025

Qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün sağlamlıq düşərgəsi təşkil olunacaq

Qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün sağlamlıq düşərgəsi təşkil olunacaq

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, “Hemofiliyalı Xəstələr” İctimai Birliyi tərəfindən “ANA & BALA 7” sağlamlıq düşərgəsi təşkil olunacaq.

Düşərgədə daxili qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə tibbi mütəxəssislər tərəfindən təlimlər keçirilməsi nəzərdə tutulur. Proqrama daxili fizioterapevtik müayinələr və məşqlər, damar daxili inyeksiya, sağlam qidalanma üzrə təlimlər, həmçinin uşaqların istirahəti və əyləncəli vaxt keçirməsi daxildir.

Məqsəd uşaqların sağlam böyüməsinə dəstək olmaqdır.