Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurası tərəfindən “Duzdağ” otelində müqəddəs Ramazan ayı münasibətilə həmkarlar ittifaqı üzvləri üçün iftar süfrəsi təşkil olunub.
İftar mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub və iştirakçılara Ramazan ayının fəzilətlərindən danışılıb.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.