Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan Dövlət Gömrük Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşkilatçılığı ilə Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları üçün iftar süfrəsi təşkil olunub.
Tədbirdə çıxış edənlər Ramazan ayının insanları xeyirxahlığa, mərhəmətə və yardımlaşmaya səsləyən yüksək mənəvi dəyərlərindən bəhs ediblər. Qeyd olunub ki, bu müqəddəs ay insanları birliyə, qarşılıqlı anlayışa və paylaşma ruhuna dəvət edir, cəmiyyətdə humanizm və həmrəylik kimi prinsiplərin möhkəmlənməsinə töhfə verir.
Bildirilib ki, bu kimi tədbirlər kollektiv daxilində səmimi ünsiyyətin güclənməsinə, qarşılıqlı hörmət və etimad mühitinin formalaşmasına xidmət edir.
Sonda tədbir iştirakçıları iftar süfrəsi arxasında bir araya gələrək müqəddəs Ramazan ayının mənəvi dəyərlərini bölüşüb, Azərbaycana sülh, əmin-amanlıq və davamlı inkişaf arzularını ifadə ediblər.