ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

24 Iyul 2025

Milli Observatoriya ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında birgə fəaliyyətə dair sənəd imzalanıb

Milli Observatoriya ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında birgə fəaliyyətə dair sənəd imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası arasında birgə fəaliyyətə dair sənəd imzalanıb.

Sənədə əsasən, Milli Observatoriyanın sorğu sahəsindəki uğurlu təcrübəsi ilə Akademiyada həyata keçirilən tədqiqatlar üçün sorğu bankının yaradılmasına və təkmilləşdirilməsinə dəstək göstəriləcək. Eyni zamanda Akademiyanın magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə ortaq dissertasiya mövzularının hazırlanıb təqdim edilməsi, birgə elmi məqalə və təhlillərin hazırlanması da nəzərdə tutulur.

Həmçinin əməkdaşlıq çərçivəsində Akademiya məzunlarının məşğulluq səviyyəsinin təhlili aparılacaq.