ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

22 Sentyabr 2025

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan minifutbol turniri yekunlaşıb

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan minifutbol turniri yekunlaşıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində neft, qaz və kimya sənayesi işçiləri arasında keçirilən “SOCAR-2025” minifutbol turniri başa çatıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, SOCAR-ın Sosial İnkişaf İdarəsinin və “Neftçi” İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən turnirdə “Balaxanı” Əməliyyat Şirkətinin komandası bütün rəqiblərini məğlub edərək birinci yerə layiq görülüb.
Turnirin nəticələrinə əsasən, “Azneft” İstehsalat Birliyinin komandası ikinci, “SOCAR Polymer”in komandası isə üçüncü yeri tutub.
Qalib komandalar mükafatlandırılıb.