ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

21 Iyul 2025

Konfederasiyanın üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib

Konfederasiyanın üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, YAP Yasamal Rayon təşkilatının rəhbərliyi, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları və Akademiyanın müəssisə və təşkilatlarının mətbuat və ictimaiyətlə əlaqələr şöbəsinin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyev və Azərbaycan milli mətbuatın banisi Həsən bəy Zərdabinin büstləri önünə gül dəstələri düzüb, onların xatirələrini ehtiramla yad ediblər. Tədbirdə AMEA prezidenti İsa Həbibbəyli, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və başqaları çıxış edərək milli mətbuatın keçdiyi şərəfli yoldan danışıblar. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasında demokratik mətbuata yaradılan şərait diqqətə çatdırılıb, qazanılmış nailiyyətlər yüksək qiymətləndirilib.

Sonda iştirakçılara AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı təqdim olunub.