ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

11 Iyul 2025

Konfederasiyanın nümayəndə heyəti Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının qurultayında iştirak edib

Konfederasiyanın nümayəndə heyəti Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının qurultayında iştirak edib

İyulun 11-də Astana şəhərində Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının XXVII qurultayı keçirilib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianqlın, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri və müxtəlif ölkələrin həmkarlar ittifaqı rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nümayəndə heyəti ilə təmsil olunub.

Səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Qazaxıstan, eləcə də digər ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi aparıb, həmkarlar ittifaqları sistemində tətbiq edilən yeniliklər, yeni yanaşmalar barədə fikirlərini bölüşüb.