Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Polşa Həmkarlar İttifaqları nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüşdə əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolunun artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin tərəflər həmkarlar ittifaqlarının idarəetmə modelləri, üzvlərə göstərilən sosial və hüquqi xidmətlər barədə fikir mübadiləsi aparıblar.
Gələcəkdə də bu cür görüşlərin təşkili və əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub.