ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

04 Avqust 2025

İşğaldan azad edilmiş ərazilərdə növbəti həmkarlar ittifaqı təsis olunub

İşğaldan azad edilmiş ərazilərdə növbəti həmkarlar ittifaqı təsis olunub

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin Həmkarlar ittifaqı komitəsinin təsis konfransı keçirilib.

Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanov və “Azəriqaz” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak ediblər.

Konfransda səsvermə yolu ilə Qarabağ Regional Qaz İstismarı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin tərkibi təsdiq edilib.

Respublika Komitəsinin sədri Rüfət Zamanov təşkilatın fəaliyyətinə uğurlar arzulayıb, ittifaq üzvləri üçün layiqli iş şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, sağlamlığın qorunması və istirahətin təşkili ilə bağlı tövsiyələrini səsləndirib.