ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

22 May 2025

Həmkarlar ittifaqının idmançıları “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirində 2 medal qazanıb

Həmkarlar ittifaqının idmançıları “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirində 2 medal qazanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) boks üzrə idmançıları yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olub.

Yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb. Oğlanların mübarizəsində AHİİTA-nın idmançısı Əli Ruşanov (44 kq) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib.

Assosiasiyanın digər boksçusu İbrahim Bədəlli (54 kq) isə beynəlxalq turnirin gümüş medalçısı olub.