ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

25 Sentyabr 2025

Həmkarlar ittifaqı üzvləri üçün tibbi müayinə təşkil edilib

Həmkarlar ittifaqı üzvləri üçün tibbi müayinə təşkil edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən “Görməyə dəyər” sosial layihəsi davam edir.

Layihənin növbəti mərhələsi çərçivəsində elektroenergetika sahəsində çalışan həmkarlar ittifaqı üzvlərinə Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında əməyin təhlükəsizliyinə dair təlim keçirilib.

Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində keçirilən təlimdə Konfederasiyanın əməkdaşları və həkimlər tərəfindən iştirakçılara əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin tələbləri, norma və qaydaları izah edilib, istehsalat qəzaları zamanı ilkin tibbi yardım, peşə xəstəlikləri və digər mövzular barədə geniş məlumat verilib.

Sonra elektroenergetika işçilərinin ödənişsiz tibbi müayinəsi təşkil edilib. Tanınmış oftalmoloqlar tərəfindən 100-dən artıq həmkarlar ittifaqı üzvünün göz müayinəsi aparılıb. Gözündə problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib, müvafiq müalicə təyin olunub.

Qeyd edək ki, “Görməyə dəyər” layihəsi çərçivəsində daha əvvəl metropoliten əməkdaşlarının göz müayinəsi həyata keçirilib. Layihə digər sahələrdə çalışan həmkarlar ittifaqı üzvlərini də əhatə edəcək.