Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının üzvü “Gəncə” basketbol klubu Azərbaycan Kubokunun qalibi olub.
Bakı İdman Sarayında keçirilən final mərhələsində “Gəncə” “Sabah”la qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda Gəncə təmsilçisi üstün oyun nümayiş etdirərək 89:82 hesabı ilə qələbə qazanıb.
Bu nəticə ilə “Gəncə” BK tarixində ikinci dəfə Azərbaycan Kubokunun sahibi olub. Komanda daha əvvəl 2023-cü ildə də ölkə kubokunu qazanmışdı.
Möhtəşəm qələbə münasibətilə “Gəncə” komandasını təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq.