Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurası daha bir qrup həmkarlar ittifaqı üzvü üçün saf havası, gözəl təbiəti və əsrarəngiz mənzərəsi ilə seçilən “Ağbulaq” istirahət mərkəzində istirahət təşkil edib.
İkigünlük istirahət zamanı iştirakçılara rəngarəng proqram təqdim olunub. Canlı musiqi, intellektual yarışlar, şahmat və stolüstü tennis oyunları qonaqlara xoş və yaddaqalan anlar yaşadıb.
İştirakçılar kanatla təbiətin yaratdığı füsunkar mənzərəni seyr ediblər. Həmkarlar ittifaqı üzvləri yaradılmış şəraitdən və təşkil olunan proqramdan məmnunluqlarını ifadə ediblər.