8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə Akademiyanın bir sıra elmi-tədqiqat institutlarında və elmi mərkəzlərində qadın əməkdaşlarla görüşlər təşkil olunub.
Görüşlərdə qadın alimlərin və əməkdaşların ölkənin elmi potensialının inkişafında mühüm rol oynadıqları vurğulanıb, bayramla əlaqədar təbriklər səslənib.
Eyni zamanda əmək hüquqlarının qorunması və əməyin stimullaşdırılması istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlər diqqətə çatdırılıb.
Tədbirlər çərçivəsində qadın əməkdaşlara hədiyyələr təqdim olunub.