Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatlarının rəhbərliyi və kollektivi faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.