Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzv təşkilatların rəhbərləri ilə növbəti görüş keçirilib.
Görüşdə AHİK-in üzvü təşkilatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Müşfiq Əmirov görülmüş işlərə dair təqdimatla çıxış edib.
Komitə sədri cari ilin ilk yeddi ayı ərzində əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Eyni zamanda tədbirdə AHİK və üzv təşkilatların qarşıdakı dövrdə fəaliyyət istiqamətləri və planları müzakirə olunub.