ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

25 Sentyabr 2025

AMEA-nın 200-dən çox əməkdaşı göz müayinəsindən keçib

AMEA-nın 200-dən çox əməkdaşı göz müayinəsindən keçib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə sentyabrın 23-24-də AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşlar üçün ödənişsiz göz müayinəsi təşkil olunub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının peşəkar oftalmoloq heyəti tərəfindən 200-dən çox əməkdaş müayinədən keçirilib və onlara zəruri tibbi məsləhətlər verilib.