ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

17 Fevral 2026

AMEA Azad Həmkarlar İttifaqının Məclisi keçirilib

AMEA Azad Həmkarlar İttifaqının Məclisi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) növbəti Məclisi keçirilib.

İclasda Məclis üzvləri ilə yanaşı, ilk həmkarlar ittifaqlarının rəhbərləri də iştirak ediblər.

AMEA AHİ-nin sədri Sənan Həsənov çıxış edərək 2025-ci ilin təşkilat üçün islahatlar və yeniliklərlə yadda qaldığını qeyd edib, elektron sənəd dövriyyəsinin tətbiqi, şəhid ailələri və qazilərə, eləcə də aztəminatlı həmkarlar ittifaqı üzvlərinə göstərilən dəstək və əmək hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Məclisdə 2026-cı il üçün iş planı və əsas prioritetlər müzakirə olunub. İştirakçılar AMEA AHİ-nin fəaliyyəti və qarşıdakı vəzifələr barədə öz fikir və təkliflərini səsləndiriblər.

Məclisin yekununda irəli sürülən təkliflərin növbəti iş planına daxil edilməsi və fəaliyyətin təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəklində davam etdirilməsi qərara alınıb.