ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

30 Dekabr 2025

AHİK nümayəndələri Yaponiyada beynəlxalq təlimdə iştirak ediblər

AHİK nümayəndələri Yaponiyada beynəlxalq təlimdə iştirak ediblər

Yaponiyanın Tokio şəhərində “2025-ci il üçün perspektivli həmkarlar ittifaqı liderləri üçün təlim proqramı” təşkil olunub.

Yaponiyanın Beynəlxalq Əmək Fondu tərəfindən Avrasiya regionu üzrə keçirilən təlimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sektor müdiri Əsmər Məmmədova və AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş mütəxəssisi Rauf İbrahimli iştirak edib.

Təlim çərçivəsində iştirakçılara Yaponiyanın əmək münasibətləri sistemi, həmkarlar ittifaqlarının fəaliyyəti, sosial tərəfdaşlıq mexanizmləri, kollektiv danışıqların aparılması qaydaları, işçi-işəgötürən münasibətlərində qarşılıqlı etimadın qurulması və sosial dialoqun gücləndirilməsi mövzularında məlumat verilib.

Həmçinin iştirakçılar aviasiya və gəmiqayırma sənayesi üzrə müəssisələri, peşə təhsili mərkəzlərini ziyarət edib, regional həmkarlar ittifaqları ilə görüşlər keçiriblər.

Proqramın sonunda iştirakçılar diplomlarla təltif olunublar.