ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

23 Yanvar 2026

AHİK-lə İsrail Ümumi Əmək Federasiyası arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

AHİK-lə İsrail Ümumi Əmək Federasiyası arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) İsrail Ümumi Əmək Federasiyasının nümayəndəsi Svetlana Alexandrova ilə görüş keçirilib.

Tədbirdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışılıb və həyata keçirilən sosial layihələr barədə məlumat verilib.

İsrail Ümumi Əmək Federasiyasının nümayəndəsi Svetlana Alexandrova ölkəsində əmək hüquqlarının müdafiəsi sahəsində atılan addımlar, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şərait, eləcə də işçi hüquqları ilə bağlı qanunvericilik aktları haqqında danışıb. Svetlana Alexandrova Azərbaycan həmkarlar ittifaqları sistemində son dövrlərdə həyata keçirilən islahatları və tətbiq olunan yenilikləri yüksək qiymətləndirib.

Görüşdə bu cür qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, AHİK ilə İsrail Ümumi Əmək Federasiyası arasında əlaqələrin inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.