ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

16 Iyul 2025

AHİK ilə Latviya və Litva həmkarlar ittifaqları arasında təcrübə mübadiləsi aparılıb

AHİK ilə Latviya və Litva həmkarlar ittifaqları arasında təcrübə mübadiləsi aparılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Latviya Azad Həmkarlar İttifaqları Konfederasiyası və Litva Həmkarlar İttifaqları Konfederasiyası nümayəndələri arasında onlayn görüşlər keçirilib.

Görüşlərdə əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolunun artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər həmkarlar ittifaqlarının idarəetmə modelləri, üzvlərə göstərilən sosial və hüquqi xidmətlər barədə müzakirələr aparıblar.

Gələcəkdə də bu cür görüşlərin təşkili və əməkdaşlığın inkişaf etdirilməsi qeyd olunub.