ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

19 Fevral 2026

AHİK-də əmək qanunvericiliyindəki yeniliklərlə bağlı təlim keçirilib

AHİK-də əmək qanunvericiliyindəki yeniliklərlə bağlı təlim keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə dair təlim keçirilib.

Təlim professor Mayis Əliyev tərəfindən aparılıb.

Tədbir zamanı iştirakçılara qanunvericiliyə edilmiş yeniliklər, onların praktik tətbiq mexanizmləri, eləcə də əmək münasibətlərinin tənzimlənməsi prosesində yaranan aktual məsələlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.