ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

26 Avqust 2025

“Abşeron” Sağlamlıq Mərkəzində qadın sağlamlığına dəstək məqsədilə aksiya təşkil edilib

“Abşeron” Sağlamlıq Mərkəzində qadın sağlamlığına dəstək məqsədilə aksiya təşkil edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl sektordan olan tərəfdaşlarla birgə həyata keçirdiyi “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi davam etdirilir.

Layihə çərçivəsində növbəti aksiya AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı Sağlamlıq Mərkəzində qadın sağlamlığına dəstək məqsədilə təşkil edilib.

Milli Onkologiya Mərkəzindən dəvət olunan həkim-ginekoloqlar sanatoriyada müalicə və istirahət edən qadınları tibbi müayinədən keçiriblər. Səhhətində problem aşkarlanan qadınlara tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.

Qeyd edək ki, "Həmkardan həmkara qayğı ilə" sosial layihəsinin məqsədi tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə töhfə verməkdir.